Ofisi Bakı şəhərində yerləşən Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin yaradılmasının əsas məqsədi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda yeni və artıq mövcud olan sahələrə xarici investisiyaların cəlb edilməsidir.
Xəzər regionunun dinamik iqtisadi inkişafı dövründə yaradılan XBİŞ Azərbaycanın iqtisadiyyatına daxil olmaq istəyən investorlar üçün ən məntiqli seçimdir.
Biz bütün imkanlarımızı investorlarımızın ümidlərini doğrultmağa istiqamətləndirmişik. Məqsədimiz səmərəli biznes fəaliyyət strategiyası və əməkdaşlıq nümayiş etdirərək şirkətin nüfuzunu gücləndirməkdir.