English
Xoş Gəlmişsiniz
Hörmətli xanımlar və cənablar! 

Sizi Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin rəsmi saytında salamlayırıq.

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti 2008-ci ilin mart ayında Azərbaycan İnvestisiya Şirkəti və Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası tərəfindən təsis edilmişdir. 

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr, habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta şirkətləri istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq niyyətindədir. 

Şirkət haqqında
Şirkət haqqında 

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (XBİŞ) 2008-ci ilin mart ayında Azərbaycan İnvestisiya Şirkəti və Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası tərəfindən təsis edilmişdir.

 Xəzər Beynəlxalq İnvestisiya Şirkəti şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içkilərin, donuz əti məhsullarının istehsalı və s.), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta şirkətləri istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malikdir.

Xəbərlər
13 iyun 2008-ci il tarixində Xəzər Beynəlxalq İnvestisiya Şirkəti ilk investor konfransı keçirildi. 

13 iyun 2008-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən İslam İnkişaf Bankın Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası (ICD) ilə birlikdə təsis olunan Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (Caspian International Investment Company) ilk investor konfransı keçirildi.

XBİŞ Quba İnvestisiya Konfransında iştirak etdi  

 
11 dekabr 2008-ci il tarixində Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nümayəndələri Azərbaycan İnvestisiya Şirkəti və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Sektorlararası Rəqabətə Dəstək Proqramı tərəfindən təşkil olunmuş Quba İnvestisiya Konfransında iştirak etmişdirlər. 
 

 
Håydər Əliyev Fondunun Prezidenti xanim Mehriban Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində Fondun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olmuşdur. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olmuşdur.

İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlar gül dəstəsi təqdim etdilər.

Mehriban xanıma məlumat verildi ki, Heydər Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin birgə layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

İlham Əliyev Samuxda meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak etmişdir 

 

 

 

 

 

 

NAA Agrotara Azərbaycanda analoqu olmayan meyvə və tərəvəzlərin qurudulması müəssisəsinə investisiya prosesini başa vuraraq 2010-cu ilin payızında Meyvita ticarət nişanı altında istehsalata başlamışdır.